[b]“Əczaçıbaşı” hücumçumuza güzəşt etmədi[/b]
29.09.2016 - 18:36
[b]“Əczaçıbaşı” hücumçumuza güzəşt etmədi[/b]

Azərbaycan millisinin voleybolçusu Yana Kulan (Ağayeva) “Çanakkale Bələdiyyəsi”ndə növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçumuzun şərəfini qoruduğu komanda Türkiyənin köklü klublarından olan “Əczaçıbaşı” ilə üz-üzə gəlib.

 

“Telekom”un da mübarizə apardığı “Boğaziçi” turnirinə təsadüf edən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. “Əczaçıbaşı” “Çanakkale Bələdiyyəsi”nə 1 set belə güzəşt etməyib – 3:0 (25:17; 25:23; 25:21).

 

Qeyd edək ki, yarışda “Telekom” A qrupunda yer alıb və ilk qarşılaşmasında “Sarıyer Bələdiyyəsi”nə qalib gəlib. Bakı təmsilçisi növbəti matçda “Beşiktaş”la oynayacaq. B qrupunda qərarlaşan “Çanakkale Bələdiyyəsi”nin digər rəqibi isə yığmamızın digər oyunçusu Odina Bayramovanın yer aldığı “Halkbank”dı.

0