[b]“Topaz” “Qarabağ” və “Qəbələ” şansını açıqladı[/b]
20.10.2016 - 10:36
[b]“Topaz” “Qarabağ” və “Qəbələ” şansını açıqladı[/b]

“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru “Qəbələ” və “Qarabağ”ın matçlarına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində PAOK klubunu qəbul edəcək Ağdam təmsilçisini bu görüşdə şanslı sayır. Belə ki, Qurban Qurbanovun yetirmələrinin qalib gəlməsi 2,15 əmsalla qiymətləndirildiyi halda, fransalıların qələbəsinə 2,90 əmsal verilib. Qarşılaşmanın “sülh”lə bitəcəyini proqnozlaşdıranlar əmanətini 2,95 dəfə artıra biləcəklər.

 

“Sent-Etyen” – “Qəbələ” oyunda isə ev sahibi olan fransalılar favorit göstərilir. Rəqibin 3 xala yiyələnməsi 1,30, Roman Qriqorçukun yetirmələrinin qələbəsinə 7,75 əmsal verilib. Heç-heçə isə 4,00 əmsalla qiymətləndirilib.

 

 

0