[b]UEFA Çempionlar Liqasının finalını Amerikaya aparır[/b]
21.10.2016 - 11:32
[b]UEFA Çempionlar Liqasının finalını Amerikaya aparır[/b]

UEFA Çempionlar Liqasının final oyununun Avropadan kənarda keçirilməsini müzakirə etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bunu qurumun yeni prezidenti Aleksander Çeferin açıqlayıb.

 

O bildirib ki, belə addımın atılması istisna deyil: “Bu, gələcəkdə mümkün ola bilər. Lakin indidən müzakirə olunmalıdı. Portuqaliyadan Nyu-Yorka olan yol Azərbaycana məsafə qədərdi”.

 

Qeyd edək ki, avrokuboklar tarixində final oyunu heç vaxt qitədən kənarda keçirilməyib.

 

0