[b]PAOK-un oyununda qalmaqal[/b]
24.10.2016 - 00:21
[b]PAOK-un oyununda qalmaqal[/b]

Yunanıstan Superliqasında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan PAOK da növbəti matçına çıxıb.

 

Saloniki təmsilçisi səfərdə “Olimpiakos”la qarşılaşıb. 2:1 hesabı ilə pireylilərin xeyrinə başa çatan qarşılaşma iğtişaşlarla yadda qalıb.

 

Belə ki, meydan sahiblərinin 90+6-cı dəqiqədə vurduğu 2-ci qol azarkeşlər arasında qarşıdurmaya səbəb olub. Bir neçə dəqiqə dayandırılan matç sonradan davam edib və sona çatıb. 

0