[b]Fabreqasa Türkiyədən təklif[/b]
24.10.2016 - 14:50
[b]Fabreqasa Türkiyədən təklif[/b]

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ispan futbolçu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

 

“Zadəganlar”ın hazırkı çalışdırıcısı Antonio Konte Fabreqasa o qədər də güvənmir. Türklər də məhz bundan istifadə edib, 29 yaşlı xavbeki heyətlərinə qatmaq arzusundadırlar.

 

Artıq qarşı tərəfə rəsmi təklif göndərilib. “Çelsi” rəhbərliyinin bu təklifi necə cavablandıracağı maraqla gözlənilir.

 

Qeyd edək ki, 2014-cü ildən London klubunun formasını geyinən Fabreqas İngiltərə çempionatının cari mövsümündə 4 oyunda iştirak edib.

0