[b]Həm kişilər, həm xanımlardan qələbə - YENİLƏNİB[/b]
09.11.2016 - 00:12
[b]Həm kişilər, həm xanımlardan qələbə - YENİLƏNİB[/b]

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yarışa kişi və qadın komandalarla qatılan Azərbaycanın “Odlar Yurdu” klubları növbəti görüşlərinə çıxıblar.

 

Serbiya təmsilçisi “İtaka” ilə qarşılaşan kişilərdən ibarət komandamız qələbəni erkən təmin edib.

 

"Latsio" ilə görüşən qadınlardan ibarət komandamız da turu qələbə ilə başa vurub.

 

Klublar arasında Avropa Kuboku

III tur

Kişilər

 

“İtaka” – “Odlar Yurdu” – 1:5

1. Panyappa Seturaman – Rauf Məmmədov – 0.5:0.5

2. Aleksandar İndyiç – Teymur Rəcəbov – 0:1

3. Boyan Vuçkoviç – Qədir Hüseynov - 0:1

4. Ranko Juhanek – Emil Sutovski – 0:1

5. Marko Neneziç – Vasif Durarbəyli – 0.5:0.5

6. Qoyko Vuçiniç – Nicat Abbasov – 0:1

 

Qadınlar

 

“Odlar Yurdu” – “Latsio Şakki” - 2.5:1.5

 

1. Zeynəb Məmmədyarova – Elizabet Paetz - 0.5:0.5

2. Günay Məmmədzadə - Marino Brunello - 0:1

3. Gülnar Məmmədova – Desire Di Benedetto – 1:0

4. Nərmin Kazımova – Alessia Santeramo – 1:0

 

Qeyd edək ki, ilk üç turdan sonra kişilər komandamız 6-cı, qadınlar isə 4-cü pillədə qərarlaşıb. 

0