[b]Yığmamızın hücumçusu Türkiyədə 3-cü yerə yüksəldi[/b]
21.11.2016 - 09:03
[b]Yığmamızın hücumçusu Türkiyədə 3-cü yerə yüksəldi[/b]

Qadın voleybolçular arasında Türkiyə Superliqasında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” V tur çərçivəsində “İdman Ocağı”nı qəbul edib.

 

Çanakkale Anafartalar İdman Salonunda baş tutan görüş təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. Ev sahibləri qonaqları 3:1 (25:20, 24:26, 25:23, 25:23) hesabı ilə məğlub ediblər. Təmsilçimiz matçda 16 xal qazanıb.

 

Qeyd edək ki, aktivinə 3 xal əlavə edən “Çanakkale Bld” qələbə sayəsində 3-cü yerə yüksəlib. Onlar növbəti turda “Fənərbaxça”nın qonağı olacaqlar.

0