[b]Cüdoçular Bakı İdman Sarayına toplaşır[/b]
01.12.2016 - 11:04
[b]Cüdoçular Bakı İdman Sarayına toplaşır[/b]

Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.

 

Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perspektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.

0