[b]“Azərbaycan millisi ilə mübarizə apara bilərik” - macarıstanlı prezident[/b]
07.12.2016 - 15:15
[b]“Azərbaycan millisi ilə mübarizə apara bilərik” - macarıstanlı prezident[/b]

“Püşkün nəticəsini müsbət dəyərləndirirəm. Daha güclü qruplarda da yer ala bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstan Voleybol Federasiyasının prezidenti Lüdvik Jolt deyib.

 

Qurum rəsmisi Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Ölkəsinin mətbuatına danışan Jolt iddialı danışıb. O bildirib ki, A qrupunda Azərbaycan, Almaniya və Polşa ilə oynamaq çox çətin olmayacaq: “Meydan sahibi Azərbaycan millisi ilə mübarizə apara bilərik. Baxmayaraq ki, azarkeşlərin dəstəyi onlar üçün əlavə güc olacaq. Almaniya və Polşa millisinin heyətində də nəsildəyişmə getdiyindən bu rəqiblərlə başabaş oynaya bilərik. Belə qrupda yarışacağımıza şadam. Səbirsizliklə yarışın keçiriləcəyi günü gözləyirəm”.

 

Qeyd edək ki, yarış sentyabrın 20-də start götürəcək. 12 gün davam edəcək çempionatın qalibinin adına isə oktyabrın 1-də aydınlıq gələcək.

 

0