[b]Yığmamız qrup sonuncusu oldu - YENİLƏNİB[/b]
13.01.2017 - 17:10
[b]Yığmamız qrup sonuncusu oldu - YENİLƏNİB[/b]

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə C qrupunda III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Slovakiya ilə görüşüb.

 

Litvaya 1:2 hesabı ilə uduzub, Qazaxıstanla 2:2 hesablı heç-heçə edən Təbriz Həsənovun yetirmələri bu dəfə də qələbəyə həsrət qalıb. Belə ki, azlıqda qalan komandamızın müqaviməti son dəqiqələrdə qırılıb. 86-cı dəqiqədəki yeganə qol Slovakiyaya 3 xal qazandırıb.

 

Yığmamız isə ikinci dəfə uduzmaqla qrupu 1 xalla başa vurub. Sonuncu olan millimiz 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.

 

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnir

Qrup mərhələsi

C qrupu, III tur

 

Azərbaycan - Slovakiya - 0:1

Qol: Martin Vitsian, 86

Qolla nəticələnməyən penalti: Yakub Kudlişka, 65

Qırmızı vərəqə: Ricat Qarayev, 64

Hakimlər: İvan Sidenkov,  Dmitri Semyonov, Andrey Pyolıx, Denis Savin

Hakim-inspektor: Aleksandr Belyakov

Azərbaycan: 12. Kamran İbrahimov, 13. Yusif Həsənov, 2. Mətin Gülər, 3. Ricat Qarayev, 14. Hüseyin Seyliğli, 8. Süleyman Əhmədov, 18. Rafael Məhərrəmli, 10. Pilağa Mehdiyev, 7. Fərid Nəbiyev, 20. Bahadur Həziyev, 11. Barış Ekincier

Ehtiyat oyunçular: Murad Popov, 17. Murad Qayalı, 5. Rəhman Daşdəmirov, 4. İsmail Karakaş, 6. İbrahim Qədirzadə. 15. Ceyhun Muxtarlı, 16. Əli Sadıxov, 19. İbrahim Əliyev, 9. Doğukan Öksüz

Baş məşqçi: Təbriz Həsənov

Slovakiya: 1. Frederik Valax, 16. Peter Voytoviç, 15. Stanislav Duçar, 2. Mario Mrva, 19. Kristian Flak, 3. Dominik Şpiriyak, 6. Rixard Bedyaç, 18. Yakub Kudlişka, 7. Branislav Sluka, 10. Yozef Şpirka, 9. Rastislav Krujliyak

Ehtiyat oyunçular: 12. Peter Urminski, 14. Filip Vaşko, 5. Martin Çervenyak, 11. Martin Vitsian, 8. Matey Qreşak, 17. Martin Ruimarenko, 4. David Filinski, 13. Robert Bojenik, 20. Matey Madlenyak

Baş məşqçi: Milan Malatinski

 

1

Qazaxıstan

3

1

2

0

4-2

5

2

Slovakiya

3

1

2

0

1-0

5

3

Litva

3

1

1

1

2-3

4

4

Azərbaycan

3

0

1

2

3-5

1

 
0