[b]Aleksandr Səmədov millimizdən imtinasının səbəbini açıqladı[/b]
24.01.2017 - 09:29
[b]Aleksandr Səmədov millimizdən imtinasının səbəbini açıqladı[/b]

“Mənə Azərbaycan yığmasında çıxış etmək təklif edirdilər. Amma mən fərqli qərar verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin və “Spartak”ın futbolçusu Aleksandr Səmədov deyib.

 

2003-cü ildə Azərbaycan millisinin təlim-məşq toplanışına cəlb olunan, sonra yığmamızda deyil, yetirməsi olduğu Rusiyada oynamağa qərar verən yarımmüdafiəçi bunun səbəbini açıqlayıb: “Çünki dünya və Avropa çempionatında oynamağı çox istəyirdim. Amma sonda bu turnirlərdə çıxışımız uğursuz alındı. Buna baxmayaraq, heç vaxt bu yarışları unutmayacam. Düzdü, Avropa çempionatında yalnız Uelslə matçdakı 20 dəqiqəni meydanda oldum. Lakin bu mənim üçün çox vacib idi. Yalnız 20 dəqiqə güvəndiyi üçün baş məşqçi Leonid Slutskidən inciməmişəm. İnciklik uşaq bağçasında olur. İnsan ona lazım olduğu futbolçuları seçib. İstənilən halda, yığmamızın yaxşı çıxış etməsini istəyir, komanda üçün narahat olurdum”.

 

Qeyd edək ki, Səmədov Rusiya millisində 35 oyuna 5 qol vurub.

 

0