[b]Azərbaycan çempionatının startı və yarışa qatılacaq klubların sayı açıqlandı[/b]
02.02.2017 - 13:40
[b]Azərbaycan çempionatının startı və yarışa qatılacaq klubların sayı açıqlandı[/b]

Qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatının başlama tarixi açıqlanıb. Həndbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış fevralın 17-də start götürəcək.

 

Bu barədə qərar qurumun bu gün keçirilən iclasında verilib. Bildirilib ki, çempionatda 4 klub kişilərin, eyni sayda da komanda qadınların mübarizəsində qüvvəsini sınayacaq.

 

“ABU-Arena”da baş tutacaq birincilikdə “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların yarışında çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM-in 2 və 12 saylı məktəbləri güclərini yoxlayacaqlar.  

0