[b]“Styaua” “Neftçi”nin taleyini yaşadı[/b]
16.02.2017 - 09:53
[b]“Styaua” “Neftçi”nin taleyini yaşadı[/b]

Rumıniya futbolunda yeni qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, ölkənin ən titullu klubu “Styaua” xoşagəlməz “oyunlar”ın qurbanına çevrilib.

 

1986-cı ildə Çempionlar kubokunu qazanıb, Avropanın ən nəhəngi olan Buxarest təmsilçisi adını dəyişib. Bundan sonra komanda FCSB (Football Club Sport Bukharest) adlanacaq. Buna klubun qalmaqalları ilə məşhurlaşan sahibi Cici Bekali qərar verib.

 

Tanınmış iş adamı bu addımı atmağa vadar edilib. Çünki Rumıniyanın Milli Müdafiə Nazirliyi məhkəməyə müraciət edərək, “Styaua” sözünün məhz onlara aid və klubun istifadəsinə qadağa qoyulmasına nail olub.

 

Nazirlik yeni “Styaua” İdman Klubu da yaradıb. Sonuncular Bekalinin komandasını Liqa 1 və avrokuboklardan kənarlaşdırılmasını da tələb edir. Sahibkar isə 1986-cı ildəki Çempionlar kubokunu məhz onun klubunun qazandığına əmindi: “Ordu klubu maliyyələşdirə bilmədi və onu səhmdar cəmiyyətə çevirdi. Mən də həmin vaxt klubu aldım”.

 

Rumıniyada olduğu kimi Azərbaycanda da ölkə futbolunun flaqmanı vaxtilə eyni taleyi yaşayıb. 1997-ci ildə Çempionlar Liqasının startı ərəfəsində “Neftçi” iki kluba çevrilmişdi. Nəticədə Polşa “Vidzev”i ilə görüşlər parçalanmadan dönən bakılılar üçün faciəvi nəticələnmişdi – 0:2, 0:8.

 

0