[b]Peres “Real”dan gedir[/b]
17.02.2017 - 12:26
[b]Peres “Real”dan gedir[/b]

Madrid “Real”ının prezidenti Florentino Peres postundan ayrılmağa hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, bu addımı ailəsinə görə atmaq fikrindədi.

 

Belə ki, 69 yaşlı futbol funksioneri həddən artıq yorulduğunu, özünə diqqət ayıra və ailəsinə daha çox vaxt sərf edə bilmədiyini əsas gətirib. Ancaq hələlik onun nə zaman “kral klubu”ndan gedəcəyi və yeni prezidentin kim olacağı açıqlanmır.

 

Qeyd edək ki, Florentino Peres “Real”ın prezidenti postuna 2000-ci ildə keçib. Onun rəhbərliyi altında madridlilər 5 dəfə La Liqa, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Superkuboku və 3 dəfə Çempionlar Liqasının qalibi olub.

0