Runi son qərarını verdi
23.02.2017 - 21:48
Runi son qərarını verdi

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi gələcəyi ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, futbolçu komandasını dəyişməyəcək.

 

Bu barədə kapitan özü açıqlama verib: “Mançester Yunayted”də qalmaq haqqında qərar verdim. Ümid edirəm ki, çempionatın sonunda komandanın ilk dörd yerdən birini tutmasında həqiqətən də köməkçi olaram”.

 

Qeyd edək ki, daha əvvəl futbolçuya bir neçə Çin klubundan təklif olduğunu, 31 yaşlı hücumçunun da uzaq şərqə yollanmaqda maraqlı olduğu barəsində xəbərlər yayılmışdı. 

0