[b]Marko Verratti yekun qərarını açıqladı[/b]
25.03.2017 - 16:48
[b]Marko Verratti yekun qərarını açıqladı[/b]

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti karyerasını hansı klubda davam etdirəcəyini açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı futbolçu Paris təmsilçisini tərk etmək fikrində deyil.

 

Başda “Barselona” olmaqla, bir çox Avropa nəhəngi 25 yaşlı oyunçunun xidmətində maraqlıdı. Onun hətta yayda “Barsa”ya keçəcəyi də bildirilirdi. Lakin İtaliya millisinin üzvü PSJ-də qalacağını söyləyib: “Parisdə məni hər şey qane edir. Klubun gələcəklə bağlı böyük planları var. Bu üzdən gələn mövsüm də bu komandanın heyətində çıxış edəcəm”.

 

Qeyd edək ki, Marko Verratti PSJ-yə 2012-ci ildə “Peskara”dan keçib.

0