[b]“Pozitiv düşünürük” – Dəniz Yılmaz[/b]
27.03.2017 - 01:27
[b]“Pozitiv düşünürük” – Dəniz Yılmaz[/b]

Millimizin hücumçusu Dəniz Yılmaz Almaniya ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Sanki komanda yoldaşlarınla anlaşa bilmirdin...

- Xeyr, belə bir şey yoxdur. 

 

- Azərbaycan millisinə böyük ümidlərlə cəlb edilsən də, ardıcıl ikinci oyuna start heyətdə başlamadın. Bu, sənin üçün problem deyil?

- Xeyr, problem deyil. Baş məşqçi necə qərar versə, ona əməl etməliyik. O, belə düşünürsə, bunun əleyhinə çıxa bilmərəm. 

 

- Bir zamanlar Tomas Müllerlə “Bavariya”da birgə çıxış etmişdin. Oyun vaxtı aranızda dialoq oldu. Nə danışdız?

- Dəyişən bir şey yoxdur. Müller köhnə dostumdu. Yaxşı anlaşırıq. Dialoqlar eynidi, ikimiz üçün də yenidən ünsiyyətdə olmaq xoş oldu. 

 

- Millimizin bu qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən?

- Pozitiv düşünürük. Hələ irəlidə çoxlu matçımız var. Qrupdan çıxacağımıza inanırıq.

0