[b]Bakıya gələ bilməyən futbolçu yenidən zədələndi[/b]
30.03.2017 - 12:30
[b]Bakıya gələ bilməyən futbolçu yenidən zədələndi[/b]

Almaniya yığmasının və “Bavariya”nın qapıçısı Manuel Noyer növbəti dəfə zədələnib. Apasport.az saytı  xəbər verir ki, 31 yaşlı qolkiper bu səbəbdən Münhen klubunun dünən axşamkı məşqini yarımçıq tərk edib.  

 

Hazırlıq prosesi zamanı xəsarət alan Noyer məşqi davam etdirə bilməyib. Həkimlərin yardımına ehtiyac duyan qolkiperin zədəsi ilə bağlı hələ ki, konkret məlumat verilməyib.

 

Noyer bir müddət öncə əzələsindən zədə aldığı üçün Almaniya yığmasının heyətindən kənarlaşdırılmış, Bakıya gətirilməmişdi. Onun əvəzinə Kevin Trapp millinin düşərgəsinə dəvət olunmuşdu.

 

Qeyd edək ki, “Bavariya”nı Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində aprelin 12-də Madrid “Real”ı ilə ilk oyun gözləyir. Noyerin bu görüşdə iştirak edib-etməyəcəyi hələ müəyyənləşməyib.

 

 

0