[b]Almeydanın gözlədiyi bir dəqiqə...[/b]
20.04.2017 - 14:55
[b]Almeydanın gözlədiyi bir dəqiqə...[/b]

Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək XXVII turu “Qarabağ”da daha bir əlamətdar hadisə ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, artıq çempionluğu təmin edən Ağdam klubunun liderlərindən sayılan Riçard Almeyda əyalət təmsilçisinin heyətində 200-cü matçına çıxa bilər.

 

Braziliyalı aprelin 23-də “Sumqayıt”la ev matçında meydanda 1 dəqiqə belə olsa, bu da yubiley üçün yetərli olacaq. Bununla da legioner klub tarixində 200 və daha çox oyun keçirən 17-ci futbolçu kimi tarixə düşəcək. Bir neçə tur əvvəl 200-ə çatan Əfran İsmayılov 16-cı olmuşdusa, Almeyda bu siyahını daha da genişləndirəcək.

 

Yarımmüdafiəçi Ağdam klubunda 200 və daha çox oyun keçirən ilk Cənubi amerikalı, ümumilikdə isə 3-cü legioner kimi tarixə düşəcək. Onadək yalnız albaniyalılar buna müyəssər olub. Söhbət Ansi Aqolli və Admir Telidən gedir.

 

3 gün sonra yubiley qeyd edəcək Almeyda 2012-ci ilin yayında “Qarabağ”da debüt edib. 5 mövsümə 199 matç keçirən orta sahə oyunçusu 44 qol vurub. O, Premyer Liqada 137 matçda 33 dəfə fərqlənib. 19 kubok oyununda 4 qol vuran braziliyalı 43 avrokubok görüşündə 7 dəfə rəqibləri məyus edib.

 

Qeyd edək ki, Almeyda 200-ə gedən yolda 4 dəfə Azərbaycan çempionu, 2 dəfə kubokun qalibi olub. Onun hesabında çempionatın bir gümüş medalı da var.

 

mövsüm

turnir

oyun

qol

2012/13

Azərbaycan çempionatı

30

13

2012/13

Azərbaycan kuboku

4

1

2013/14

Avropa Liqasi

7

1

2013/14

Azərbaycan çempionatı

28

6

2013/14

Azərbaycan kuboku

3

0

2014/15

Avropa Liqasi

8

0

2014/15

Azərbaycan çempionatı

30

3

2014/15

Azərbaycan kuboku

5

1

2014/15

Çempionlar Liqasi

4

0

2015/16

Avropa Liqasi

8

4

2015/16

Azərbaycan çempionatı

31

9

2015/16

Azərbaycan kuboku

6

1

2015/16

Çempionlar Liqasi

4

0

2016/17

Avropa Liqasi

8

0

2016/17

Azərbaycan çempionatı

18

2

2016/17

Azərbaycan kuboku

1

1

2016/17

Çempionlar Liqasi

4

2

 

Cəmi

199

44

 

0