[b]Millimiz 8-ci pillədə[/b]
20.04.2017 - 21:58
[b]Millimiz 8-ci pillədə[/b]

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk günündə kişilərin yarışında 3, qadınlarda isə 2 dəst olmaqla, ümumilikdə 5 dəst medal öz sahibini tapıb.

 

Millimiz ilk gündə 4 idmançı ilə təmsil olunub ki, onlardan da ikisi mükafatçılar sırasında yer almağı bacarıb. Orxan Səfərov 60, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 

Bu nəticə ilə yığmamız 14 ölkə arasında 8-ci sırada qərarlaşıb.

 

Ukrayna 2 qızıl medalla birinci, hesabında 1 qızıl və 2 gümüş medal olan Rusiya ikinci, Kosovo isə 1 "qızıl", 1 "bürünc"lə üçüncüdü.

 

Qeyd edək ki, sabah kişilərdə və qadınlarda hərəsində iki çəki olmaqla, daha dörd çəkidə qalib və mükafatçıların adlarına aydınlıq gələcək. 

0