[b]Almaniyanın süqutu, “Ayaks”ın 20 il gözlədiyi an[/b]
21.04.2017 - 10:20
[b]Almaniyanın süqutu, “Ayaks”ın 20 il gözlədiyi an[/b]

Avrokubokların 2016/17 mövsümü Almaniya üçün fiasko ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçiləri Çempionlar Liqası və Avropa Liqasında yarımfinala həsrət qalıblar.

 

Sonuncu belə hadisə 2004/05 mövsümündə yaşanıb. Sonrakı 11 mövsümdə almaniyalılar daim yarımfinalda ən azı 1 komanda ilə təmsil olunurdu. 11 illik uğurlu seriya 2016/17  mövsümündə başa çatıb.

 

“Bavariya” ilə “Borussiya” (Dortmund) Çempionlar Liqasında, “Şalke” Avropa Liqasında mübarizəni 1/4 finalda dayandırıb. Sonuncu Almaniya təmsilçisi olan “Şalke” “Ayaks”a əlavə vaxtda uduzub – 0:2, 3:2.

 

Maraqlıdı ki, bu nəticə Hollandiyanın ən titullu klubu üçün də tarixi əhəmiyyət kəsb edib. Amsterdamlılar 20 ildən sonra yarımfinala yüksəlib. Sonuncu dəfə 1996/97 mövsümündə Çempionlar Liqasında finalın bir addımlığını görən “Ayaks” vaxtdan 1/4 finalı adlamamışdı.

0