[b]“Zaqatala” və “Şəmkir”in Premyer Liqa arzusu təxirə düşdü[/b]
21.04.2017 - 18:21
[b]“Zaqatala” və “Şəmkir”in Premyer Liqa arzusu təxirə düşdü[/b]

Azərbaycan çempionatının I divizionunda XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqasına yüksələcək daha bir komandanın müəyyənləşməsi gözlənilsə də, bunun rəsmiləşməsi son tura qalıb.

 

Lakin elita xəyalında olan komandaların sayı azalıb. Belə ki, “Turan Tovuz”un ardından ilk “üçlüy”ə düşüb yüksək dəstəyə vəsiqə qazanacaq iki yerə 3 iddiaçı qalıb.

 

Növbəti məğlubiyyətini alan “Şəmkir”lə “Zaqatala”nın mükafatçılar sırasına düşməyə nəzəri şansları da tükənib. Bununla da onların Premyer Liqa arzusu ən azı 1 illik təxirə düşüb. Nəticədə 2 yerə “Səbail”, “Ağsu” və “Qaradağ-Lökbatan” iddia edir.

 

Qeyd edək ki, idman prinsiplərinə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlməli olsa da, bunun üçün onların lisenziya alması zəruridi. Əks halda isə aşağı pillədə qərarlaşan, Premyer Liqaya idman prinsipləri ilə vəsiqəni qazanmayan komandalar üçün şans yaranacaq.

 

I divizion

XXV tur

21 aprel

“Səbail” - “Şəmkir” – 1:0

Elvin Adışirinli, 90+1

“Göyəzən” - “Mil-Muğan” – 3:7

Orxan Əsgərov, 59; Aqşin Sadıqov, 80; Cavid Nuriyev, 84 // Vüqar Əlibabayev, 13; Bayram Əliyev, 26, 32; Raul Yaqubzadə, 37, 63 Mənsur Nəhavəndi, 38; Bayram Əliyev, 75

“Ağsu” - “Zaqatala” – 4:0

Adil Tağıyev, 22, 39; Elnur Səmədov, 36; Əli Bağırov, 75

“Qaradağ Lökbatan” – MOİK – 3:0

Rüfət Məmmədov, 10, 28; Əliağa Xudiyev, 57

“Şahdağ” - “Turan Tovuz” 1:1

Vüqar Asəliyev, 83 // Rəhman Tağıyev, 36

“Energetik” - “Bakılı” – 1:1

Elməddin Cəfərov, 45+1 // Aslan Hüseynov, 34

“Şərurspor” – “Rəvan” - -:-

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Turan Tovuz

25

17

7

1

60-10

58

2

Səbail

25

17

3

5

73-24

54

3

Qaradağ Lökbatan

25

17

1

7

63-29

52

4

Ağsu

25

16

4

5

63-21

52

5

Şəmkir

25

15

2

8

41-20

47

6

Zaqatala

25

14

4

7

66-31

46

7

Mil-Muğan

25

12

5

8

45-32

41

8

MOİK

25

9

6

10

41-30

33

9

Şahdağ

25

7

6

12

33-45

27

10

Şərurspor

25

7

4

14

36-51

25

11

Energetik

25

5

5

15

24-78

20

12

Bakılı

25

3

2

20

29-92

11

13

Rəvan

25

6

1

18

24-67

10

14

Göyəzən

25

2

4

19

19-93

10

 

0