“Bakı” klubunun makedoniyalı legioneri Azərbaycandan qaçıb
09.04.2008 - 16:12
“Bakı” klubunun makedoniyalı legioneri Azərbaycandan qaçıb
“O, Makedoniyanın olimpiya yığmasına çağırılmışdı. Biz də ona əngəl olmayaraq, hətta ikitərəfli biletini almışdıq. Çvetan martın 28-də geri qayıtmalı olsa da, bunu etmədi. Əlaqə saxladığım meneceri futbolçunun soyuqladığını dedi. Belə olan halda, Çvetanın xəstəliyini sağalmasını gözləməli olduq. Ona 7-10 günlük icazə vermişik ki, bu vaxt da tamam olub. Ancaq Çurlinovdan hələ də səs-soraq yoxdur. İndi isə makedoniyalının geri qayıtmaq istəmədiyini eşidirəm. Vəziyyəti araşdırmaq üçün menecerinə xəbər göndərmişəm və cavab gözləyirəm”. Z.Məmmədov deyib ki, ikinci dövrədə transfer etdikləri Ç.Çurlinovla iki illik müqavilə imzalayıblar. Baş menecerin sözlərinə görə, makedoniyalıya güzəştə getmək fikrində deyillər: “Çurlinova yaxşı münasibət göstərmişik, onun burada heç bir problemi olmayıb. Futbolçu ilə iki illik müqaviləmiz var və lazım gələrsə, FİFA-ya şikayət edəcəyik”.
Qeyd edək ki, makedoniyalı hücumçu “Bakı”nın heyətində ölkə kubokunu da nəzərə alsaq, üç oyun keçirib. Ç.Çurlinov “Qəbələ” ilə səfərdə keçirdikləri ¼ final mərhələsinin cavab görüşündə oyun sonrası penalti zərbəsini dəqiq yerinə yetirməməklə komandasını kubokda mübarizədən kənarlaşdırıb.





0