[b]Çempionun oyunu üçün 1 manat[/b]
28.04.2017 - 13:38
[b]Çempionun oyunu üçün 1 manat[/b]

Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə edə bilərlər.

 

Fanatlar matçı izləmək üçün 1 manatlarından keçməli olacaqlar. VİP yerlər üçün qiymət isə 5 manatdı.
 

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 17:00-da başlayacaq. Son tur öncəsi "Qarabağ" çempionluğunu rəsmiləşdiribsə, "Neftçi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

0