[b]Eddi üçün faydasız 4 dəqiqə[/b]
30.04.2017 - 17:53
[b]Eddi üçün faydasız 4 dəqiqə[/b]

İspaniya Sequndasında XXXVI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun komandası “Kadiz” də növbəti matçına çıxıb.

 

“Sarılar” səfərdə “Alkorkon”la üz-üzə gəliblər. Görüş milli üzvünün komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 86-cı dəqiqədə oyuna daxil olub. O, Marini əvəz edib.

 

Qeyd edək ki, 36 oyundan sonra aktivində 57 xal olan “Kadiz” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

0