[b]Dünya çempionumuzun rəqibi dəqiqləşdi[/b]
12.05.2017 - 13:14
[b]Dünya çempionumuzun rəqibi dəqiqləşdi[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

 

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

 

Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.

0