[b]İslamiada: Yığmamızdan qızıl medal - YENİLƏNİB[/b]
14.05.2017 - 19:30
[b]İslamiada: Yığmamızdan qızıl medal - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, həm kişi, həm qadınların mübarizəsində medalçılar bəlli olub.

 

Uğursuz çıxış edən kişi yığmamızdan fərqli olaraq qadınlardan ibarət milli komandamız qızıl medallara yiyələnib. Georgi Voronovun yetirmələri gərgin keçən finalda Türkiyəni məğlub edib – 28:26.

 

Üçüncülük uğrunda matçda Kamerun Özbəkistanı məğlub edərək bürünc medalçı olub.

 

Qeyd edək ki, kişilərin yarışında 1-ci yeri Səudiyyə Ərəbistanı, 2-ci yeri Türkiyə, 3-cü pilləni isə İraq yığması tutub.

 

İslam Həmrəyliyi Oyunları

Həndbol, qadınlar

 

Final

Azərbaycan – Türkiyə - 28:26

 

Üçüncülük uğrunda oyun

Kamerun – Özbəkistan - 35:27

 

0