[b]"Çəkdiyim əziyyəti sözlə ifadə edə bilmirəm"[/b]
14.05.2017 - 18:58
[b]"Çəkdiyim əziyyəti sözlə ifadə edə bilmirəm"[/b]

"Çəkdiyim əziyyəti sözlə ifadə edə bilmirəm". Apasport.az saytı xəbər verir ki, bu sözləri boksçu Cavid Çələbiyev deyib.

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü qələbə ilə başa vurub. Yarışa 1/4 finaldan start verən Çələbiyev türkiyəli Hakan Doğanı asanlıqla üstələyib.

 

Cavid ilk görüşdəki qalibiyyətini yaxşı hazırlıq keçməsi və özünə inamlı olması ilə əlaqələndirib: “Döyüş mənim üçün yaxşı keçdi. Çünki güclü məşqlər etmişdim. Türkiyəli rəqibimlə döyüşəndə özümü hazırlıqlı hiss edirdim və çəkdiyim əziyyətin nəticəsini görürdüm. Özümə inamlı şəkildə döyüşdüm və qələbə qazandım”.

 

Çələbiyev hədəfinin çempionluq olduğunu vurğulayıb: “Növbəti rəqibimin kim olduğunu bilmirəm. Amma düşünürəm ki, ilk döyüşüm belə olubsa, növbəti görüşüm də yaxşı olacaq. Çox güclü məşqlər keçmişəm, əziyyət çəkmişəm. Bunu sözlə ifadə etmək olmur. İnanıram ki, əziyyətim yerdə qalmaz. Hədəfim İslamiadada qızıl medal qazanmaq və növbəti yarışda avropa çempionu olmaqdı".

 

Qeyd edək ki, Cavid Çələbiyev mayın 17-də baş tutacaq yarımfinal döyüşündə qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək. 

 

Etibar Məmmədov

 

0