[b]Azərbaycanlı bombardirlər baxır, Ronaldo zirvəyə qalxır[/b]
16.05.2017 - 11:22
[b]Azərbaycanlı bombardirlər baxır, Ronaldo zirvəyə qalxır[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ilk 4 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə beynəlxalq oyunlarda ən azı 4 top vuranlar yer alıb.

 

Milli komanda və qitə kuboklarında vurulan qol sayında 50 futbolçu bunu bacarıb. Ötən ayla müqayisədə siyahının lideri dəyişib. Portuqaliya yığmasında 3, “Real”da 5 qol vuran Kriştianu Ronaldo ümumilikdə 8 topla cədvəlin 1-ci pilləsinə qalxıb.

 

Oman millisinin və bu ölkənin “Fanca” klubunun hücumçusu Abdul Əziz Al-Muqbali isə zirvəni əldən verib. O, yığmada 6 qol vurub.

 

Braziliyalı Junior Paulinyonun da hesabında 6 qol var. Çinin “Quançjou” klubunda çıxış edən futbolçu millidə daha az – 3 dəfə fərqləndiyi üçün omanlıdan geri qalır.

 

İFFHS-in cədvəlində Azərbaycan təmsilçiləri yer almayıb. Buna səbəb isə klublarımızın arxada qalan dövrdə beynəlxalq matç keçirməməsi, yığmamızın ümumilikdə 3 dəfə fərqlənməsidi.

 

0