[b]“Kəpəz”də növbəti ayrılıq[/b]
16.05.2017 - 16:55
[b]“Kəpəz”də növbəti ayrılıq[/b]

“Kəpəz”də daha bir ayrılıq yaşanıb. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisinin vidalaşdığı növbəti futbolçu Orxan Əliyev olub.

 

Bunu klubun saytına açıqlamasında baş məşqçi Şahin Diniyev açıqlayıb. O Əliyevin gedişini belə izah edib: “Orxan bizə “ola bilsin, xaricdən təklifim oldu” deyə bildirdi. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlıdı və bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Belə ki, mən Orxana fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də, halallıq verib ayrıldıq”.

 

Qeyd edək ki, “Kəpəz” Əliyevdən öncə Tural Axundov, Vüqar Bəybalayev, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla vidalaşıb.

 

0