[b]“Allah heç kimi əzizləri ilə sınağa çəkməsin” – Ramin Əzizov[/b]
18.05.2017 - 22:06
[b]“Allah heç kimi əzizləri ilə sınağa çəkməsin” – Ramin Əzizov[/b]

“Birinci döyüşüm rahat oldu. Yarımfinal və final görüşlərindəki rəqiblərimlə əvvəllər qarşılaşmışdım və onları məğlub etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri taekvondo millimizin üzvü Ramin Əzizov deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarında 87 kq çəki dərəcəsində mübarizə aparan və hər kəsdən güclü olaraq çempionluğu qazanan idmançımız çempionluğu şərh edib.

 

O, qələbəsini müəlliminə həsr etdiyini deyib: “Şükürlər olsun indi çətinliklə də olsa, rəqiblərimi məğlub edə bildim. Qələbəni əlbəttə ki, müəllimimə həsr edirəm. Allah heç kimi əzizləri ilə, zədələrlə sınağa çəkməsin. Şəxsi müəllimim Vüqar Sultanov ən doğma yaxınımdı. O, bu yaxınlarda ürək əməliyyatı keçirib. Bu qələbəni ona həsr edirəm”.

0