[b]Faiq Qarayev: Söz-söhbət yayıldı ki... – MÜSAHİBƏ[/b]
19.05.2017 - 16:50
[b]Faiq Qarayev: Söz-söhbət yayıldı ki... – MÜSAHİBƏ[/b]

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, eyni zamanda qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Qarayev yığmamızın IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışına və digər məsələlərə toxunub.

 

- İslamiadaya hazırlıq dönəmində çox gərgin görünürdünüz...

- Gərginliyin səbəbi o idi ki, hamı kimi, mən də bu yarışa ciddi yanaşırdım. Bütün azərbaycanlı məşqçi və idmançılar İslamiadaya xüsusi hazırlaşırdılar. Çünki Azərbaycanda keçirilən yarışda iştirak etmək daha məsuliyyətlidi, həm məşqçilərin, həm də idmançıların üzərinə böyük yük qoyur. Axı hamı bizdən yüksək nəticə gözləyirdi. Bundan əlavə, komandamızda çoxlu zədəli oyunçu var idi. Dünən də gördünüz ki, əsas heyətin 4 üzvü oynamırdı. Buna baxmayaraq, gənc qızlar özlərini yaxşı tərəfdən göstərdilər, onlardan çox razıyam. İslam Həmrəyliyi Oyunları göstərdi ki, Azərbaycanda kollektiv idman növləri də güclənir. Qadın həndbolçularımız və voleybolçularımız qızıl medal qazandılar, kişi voleybolçulardan ibarət millimiz qrupdakı bütün komandalara qalib gələrək, yarımfinala çıxdı. Onlardan da medal gözləyirik. Bir daha təsdiq olundu ki, Azərbaycanda qadın idmanı da yüksək səviyyədədi. Bu, fəxredicidi. Mən bütün idmançılarımızla qürur duyuram. Ölkəmizdə yarışlar çox yüksək səviyyədə keçirilir. Ölkə prezidenti İlham Əliyev bizə, idmana bu qədər dəstək olur. Biz də dövlətimiz, millətimiz üçün əlimizdən gələni etməliyik.

Nə qədər gücümüz varsa, hamısını toplamışıq. Bu gün 2 yığma komandamız, düşərgədə 32 nəfərə yaxın oyunçu var. İlk dəfə belə bir sistem qurmuşuq. 32 nəfər hər gün məşq edir. Bu sistemi ona görə yaratmışıq ki, voleybolda klubların yay fasiləsi çox böyük keçir. Aprelin əvvəlində çempionatı bitirmişik. Bir neçə gün əvvəl İslamiada başladı, bundan sonra dünya çempionatının seçmə mərhələsinin qrup oyunları və Avropa çempionatı keçiriləcək. Qitə birinciliyi oktyabrın əvvəlində bitəcək. Bu 6-7 ay ərzində bütün voleybolçular düşərgədə olacaq, 8-10 məşqçi, 4 həkim, eləcə də fizioterapevtlərin nəzarəti altında hazırlıq keçəcək.

- Kseniya Poznyakı İslamiadada toppaylayıcı kimi oynatdınız. Komandaya uyğunlaşıb, yoxsa hələ zamana ehtiyacı var?

- Kseniya Bakıya yarışa 5 gün qalmış gəldi. Bundan əlavə, Polina Rəhimova Yaponiyanın “Toyota” klubunda çıxış edir, İslamiadaya 3 gün qalmış yığmamıza qoşuldu. Sabah Natalya Məmmədova Bakıya gələcək. Söz-söhbət yayıldı ki, guya Natalya yığmamızda oynamayacaq. Elə şey yoxdu. O, milliyə həmişə böyük həvəslə gəlib. Bilirsiz ki, Natalya İsveçrənin “Volero” klubunda çıxış edir. Onun komandası Yaponiyada keçirilən klublararası dünya çempionatında 3-cü yeri tutdu. Nataliya sabah Bakıya gəlib, ertəsi gün bizimlə birlikdə Bolqarıstana yola düşəcək. Bolqarıstanda 3-4 yoxlama oyunu keçirib, ayın 27-də Bakıya qayıdacağıq. Mayın 30-da isə paytaxtımızda dünya çempionatının seçmə mərhələsinin C qrupunun oyunları start götürəcək. Natalya həm burda, həm də Avropa çempionatında millimizin heyətində yer alacaq.

 

- Dünya çempionatının seçmə mərhələsinin qrup oyunlarında əsas rəqibimiz Hollandiya millisi olacaq. Bu komandanın oyunlarını izləmisiniz? Hollandlar nədə bizdən güclüdülər?

- Onların və bizim nədə güclü olduğumuzu demək hələ tezdi. 3 gün içində heç nə deyə bilmərəm. Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizin hamısı güclüdü. Mayın 22-dək  İslamiada yarışları keçiriləcək, ondan sonra bizim 1 həftə vaxtımız qalacaq. Bu mənada, hazırlıq üçün ən uyğun ölkə Bolqarıstan, ən uyğun komanda isə ev sahiblərinin yığmasıdı. Çünki onlar da güclüdülər. Bu görüşdən sonra Hollandiya millisini təhlil edəcəyik. Ən vacib məsələ zədəli oyunçularımızı komandaya qaytarmaqdı. Hazırda bunun üzərində çalışırıq.

 

- Gənclərin İslamiadada yaxşı oyun göstərdiyini vurğuladınız. Amma nəzərə alaq ki, xarici klublarda legioner həyatı yaşayan voleybolçularımız da kifayət qədərdi. Bu rəqabətdə gənclərin qarşıdakı yarışlarda özlərini göstərmək üçün nə qədər şansı var?

- Natalya Məmmədova İsveçrədə, Odina Bayramova İtaliyada, Kseniya Poznyak və Yana Kulan Türkiyədə, Polina Rəhimova isə Yaponiyada oynayır. Nə qədər gücümüz varsa, hamısını toplamışıq. Bu gün 2 yığma komandamız, düşərgədə 32 nəfərə yaxın oyunçu var. İlk dəfə belə bir sistem qurmuşuq. 32 nəfər hər gün məşq edir. Bu sistemi ona görə yaratmışıq ki, voleybolda klubların yay fasiləsi çox böyük keçir. Aprelin əvvəlində çempionatı bitirmişik. Bir neçə gün əvvəl İslamiada başladı, bundan sonra dünya çempionatının seçmə mərhələsinin qrup oyunları və Avropa çempionatı keçiriləcək. Qitə birinciliyi oktyabrın əvvəlində bitəcək. Bu 6-7 ay ərzində bütün voleybolçular düşərgədə olacaq, 8-10 məşqçi, 4 həkim, eləcə də fizioterapevtlərin nəzarəti altında hazırlıq keçəcək.

 

0