[b]“Barselona”nın sabiq prezidenti saxlanıldı[/b]
23.05.2017 - 12:26
[b]“Barselona”nın sabiq prezidenti saxlanıldı[/b]

“Barselona”nın keçmiş prezidenti Sandro Rossel saxlanılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, çirkli pulların yuyulmasında şübhəli bilinir.

 

Qeyd olunur ki, İspaniya polisi və mülki qvardiya Kataloniyada və Andorrada pulların yuyulmasına qarşı birlikdə mübarizə aparır. “Barselona”nın sabiq rəhbərinin Braziliyadakı biznesi şübhə altına düşüb.
 

İstintaqın ehtimalına görə, Rossel Braziliya yığmasının teleyayım hüququndan pul mənimsəyən cinayətkar şəbəkəyə daxil olub. Sonra isə bu pullar saxta şirkətlər tərəfindən yuyulub.


Şübhəli şəxslərin sırasında Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra da var.


Qeyd edək ki, Rossel 2010-2014-cü illərdə “Barselona”nın rəhbəri olub. 

0