[b]“Qarabağ” Avropa rekordundan 9 addım geri qaldı[/b]
24.05.2017 - 17:09
[b]“Qarabağ” Avropa rekordundan 9 addım geri qaldı[/b]

Ölkə çempionu adını ən böyük fərqlə qazanan komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni başa çatan mövsümdə ən yaxın izləyicisi “Aberdin”i 30 xal qabaqlayan “Seltik” Şotlandiya çempionatını rekord üstünlüklə başa vurub.

 

106 xal qazanan Qlazqo klubu Avropa futbolu tarixində 2-ci nəticəni rəsmiləşdirib. Şotlandiyalılar yalnız ötən mövsüm Fransada 31 xallıq üstünlük qazanan PSJ-dən geri qalır.

 

Avropanın 3-cü belə nəticəsi də “Seltik”in hesabındadı. “Zolaqlılar” 2013/14 mövsümündə indikindən 1 xal az yığmışdı.

 

Bundan başqa, “Olimpiakos” (Yunanıstan), “Dinamo” (Xorvatiya) 28, “Skonto” (Latviya), TNS (Ukrayna) 27, “Kopenhagen” (Danimarka), “Barri Taun” (Uels) 26 xal fərqi ilə qızıl medala yiyələnib.

 

Siyahıda UEFA-ya üzv ölkələrin rekordçuları da yer alıb. Azərbaycanda ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Ağdamlılar 2015/16 mövsümündə “Zirə”dən 22 xal uzaqlaşmışdı. Bu göstərici Avropa rekordundan 9 xal azdı.

 

Azərbaycan çempionatı bu göstəricidə qeyd olunan 7 ölkə - Fransa, Şotlandiya, Xorvatiya, Uels, Latviya, Yunanıstan, Danimarka ilə yanaşı, Almaniya və Finlandiyadan da geri qalır. Çempionatımız 10-cu yeri İtaliya ilə bölür. Bu ölkədə “İnter” 2006/07 mövsümündə 22 xallıq üstünlüklə çempion olub.

0