[b]“Çelsi” çempionluğu qeyd etməyəcək[/b]
24.05.2017 - 20:48
[b]“Çelsi” çempionluğu qeyd etməyəcək[/b]

Bu mövsüm İngiltərə Premyer Liqasını çempion kimi başa vuran “Çelsi” zəfəri qeyd etməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.

 

Bildirilib ki, Mançester şəhərində baş verən və 22 nəfərin həyatını itirməsi ilə nəticələnən terror hadisəsi ilə əlqədar olaraq heç bir tədbir keçirilməyəcək.

 

Klub rəsmi saytı vasitəsilə azarkeşlərinə 28 may bazar gününə təyin olunan “Zəfər turu”nun baş tutmayacağını çatdırıb.

 

Qeyd edək ki, “Çelsi”nin futbolçuları 27 may günü “Arsenal”la oynayacaqları FA kubokunun finalına qara sarğı ilə çıxacaqlar.

0