[b]Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu[/b]
14.06.2017 - 10:58
[b]Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu[/b]

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, C qrupunun ilk turunda Andorraya qalib gələn Azərbaycan millisi növbəti oyununda ev sahibləri ilə üz-üzə gəliblər.

 

Komandamız “cırtdan ölkə”dən fərqli, Bolqarıstan həndbolçuları ilə bacarmayıblar. Hikmət Abdullayevin komandası 34:41 hesabı ilə uduzub.

 

Qrupun digər qarşılaşmasında isə Kipr ikinci qələbəsini qazanıb. Andorranı 39:14 hesabı ilə məğlub edən komanda turnir cədvəlində liderliyə yüksəlib. Azərbaycan və Bolqarıstanın hesabında isə 1 qələbə var.

 

 

Qeyd edək ki, yığmamız son matçda Kiprlə üz-üzə gələcək. Məğlubiyyət komandamızın vaxtından əvvəl yarışla vidalaşmasına səbəb ola bilər.

 

0