[b]Hakimdən qol ötürməsi - VİDEO[/b]
22.06.2017 - 09:27
[b]Hakimdən qol ötürməsi - VİDEO[/b]

Argentina futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə hakim gündəmə gəlib.

 

Ancaq hansısa qərarı ilə deyil, vurulan qolda böyük pay sahibi olmaqla. Hadisə aşağı liqa çərçivəsində keçirilən “Tristan Suares” – “Akasusso” görüşündə baş verib. 7-ci dəqiqədə “Akasusso”nun hücumu zamanı cərimə meydanı həndəvərində baş hakim Rey Hilferin ayağına dəyən top hücumçu Damian Salvatorrenin önünə düşüb və o, qapıçı ilə təkbətək şansı əldən verməyib.

 

Qarşılaşma isə “Akasusso”nun 4:1 hesablı qələbəsi ilə nəticələnib.

 

0