[b]"Qəbələ"dən ayrılan futbolçu rəsmən Polşa klubunda - FOTO[/b]
28.06.2017 - 10:22
[b]"Qəbələ"dən ayrılan futbolçu rəsmən Polşa klubunda - FOTO[/b]

“Qəbələ”dən ayrılan Sergey Zenyovun karyerasını hansı klubda davam etdirəcəyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, estoniyalı hücumçu Polşaya üz tutub.

 

Belə ki, Zenyov “Krakoviya” ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Təcrübəli futbolçu yeni komandası ilə 1+1 illik sözləşməyə qol çəkib.

 

Qeyd edək ki, Estoniya millisinin də şərəfini qoruyan Sergey Zenyov 2015-ci ildən “Qəbələ”nın formasını geyinirdi.

0