[b]Futbolçular Lövün mətbuat konfransını yarımçıq saxladılar[/b] - VİDEO
03.07.2017 - 13:04
[b]Futbolçular Lövün mətbuat konfransını yarımçıq saxladılar[/b] - VİDEO

FİFA Konfederasiyalar Kuboku-2017-nin qalibi olan Almaniya yığmasının futbolçuları maraqlı addım atıblar. Apasport.az saytının məlumatına görə, oyunçular final qarşılaşmasından sonrakı mətbuat konfransına hücum çəkiblər.

 

Həlledici matçda Çili üzərində 1:0 hesablı qələbə qazanan Bundestimin futbolçuları baş məşqçi Yoahim Lövün mətbuat konfransının gedişində zala daxil olublar. Bir müddət Lövün arxasında qələbə sevinci yaşayan oyunçulara baş məşqçi alqışlamaqla qarşılıq verib. Daha sonra yalnız qapıçı Mark-Andre Ter Ştegen jurnalistlərin suallarını cavablandırmaq üçün baş məşqçinin yanında əyləşib, digərləri konfrans zalını tərk ediblər.

 

Qeyd edək ki, Çempionlar Liqasının final görüşündən sonra da “Real”ın futbolçuları baş məşqçi Zinəddin Zidanın mətbuat konfransını bölmüş, qələbə sevincini fransalı ilə birgə qeyd etmişdilər.

 

0