[b]Dmitri Nazarovdan şad xəbər[/b]
16.07.2017 - 18:18
[b]Dmitri Nazarovdan şad xəbər[/b]

Bir müddət əvvəl zədələnən və komandasının təlim məşq toplanışını tərk edən milli komandamızın oyunçusu Dmitri Nazarov yenidən çalışmalara başlayıb. Apasport.az saytının məlumatına görə, Almaniya II Bundesliqa təmsilçisi “Erzgebirge”nin heyətində çıxış edən milli üzvü artıq zədəsini tam sağaldıb.

 

Yarımmüdafiəçi bu gün komandasının “Maqdeburq”la yoxlama oyununda meydana da çıxıb. O, ikinci hissənin startında Paskal Köpkeni əvəzləyib. Qarşılaşma isə auelilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, Nazarov zədəsi səbəbindən “Erzgebirge”nin bundan öncəki iki sınaq matçında meydana çıxa bilməmişdi.

0