[b]UEFA “Beşiktaş”ın şikayətinə baxmadı[/b]
17.07.2017 - 18:01
[b]UEFA “Beşiktaş”ın şikayətinə baxmadı[/b]

UEFA-nın Apelyasiya Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Türkiyənin “Beşiktaş” klubunun şikayətinə baxılıb.

 

İstanbul təmsilçisi quruma Avropa Liqasının ötən mövsümünün “Lion”la 1/4 final oyunundan sonra İntizam Komitəsi tərəfindən aldığı cəzadan narazılıq bildirib. Lakin Apelyasiya Komitəsi “Beşiktaş”ın şikayətini təmin etməyib və cəza qüvvədə qalıb.

 

Qeyd edək ki, aprelin 13-də keçirilən oyundan sonra UEFA Türkiyə klubunu 100 min avro cərimələyib və “ağ-qaraıar”ı 2 illik sınaq müddəti ilə avrokuboklardan 1 illik şərti kənarlaşdırıb. Buna oyundan öncə azarkeşlərin meydana kənar əşyalar, o cümlədən fişənglər atmasına görə matçın startının yubanması səbəb olmuşdu.

 

 

0