Fransa millisinin keçmiş üzvü BƏƏ-də
18.07.2017 - 21:03
Fransa millisinin keçmiş üzvü BƏƏ-də

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Lassana Diarra özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna transfer olunub.

 

Son olaraq Marsel “Olimpik”ində oynamış Diarra yeni klubuna azad agent kimi – pulsuz başa gəlib.

 

Qeyd edək ki, Lassana peşəkar karyerasına "Havr"da başlayıb. Fransa yığmasında 30-dan çox oyun keçirmiş Diarra “Olimpik”də 2015-ci ildən oynayırdı.

0