[b]“Bakıdakından daha yaxşı oynamağa məcburuq” – İreniuş Mamrot[/b]
20.07.2017 - 00:00
[b]“Bakıdakından daha yaxşı oynamağa məcburuq” – İreniuş Mamrot[/b]

“Növbəti mərhələyə keçmək üçün tarixi addım atmaq şansımız var. Ancaq cütün taleyi hələ açıq qalıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz “Qəbələ” ilə qarşılaşacaq Polşa təmsilçisinin çalışdırıcısı oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

 

O, rəqbin gücünün fərqində olduqlarını deyib: “Rəqibin güclü olduğunu bilirik, ancaq özümüzün də güclü tərəflərimizdən xəbərimiz var. Qarşıda bizi fiziki və taktiki baxımdan çox ağır oyun gözləyir. Buna hazırıq. Hər şey 90 dəqiqə sonunda bəlli olacaq. Əlavə vaxta da ehtiyac ola bilər. İlk oyunda sərfəli nəticə qazansaq da, bu, hələ mərhələ keçmək deyil. Heyətimiz keçən ilə baxanda bir az daha yaxşıdı. Oyuna start heyətində kimi başlayacağına matç zamanı aydınlıq gələcək. Biz üç gündən bir matça çıxsaq da, rəqibimizin ilk oyuna bizə qarşı oldu. İndi bir həftə əvvəlkindən daha yaxşı vəziyyətdə olacaqlar. Gördük ki, hücum potensialı yüksək, mübarizə aparan və qol axtaran, çətin bir komandadır. Bakıdakından daha yaxşı oynamağa məcburuq. Komandamda buna inam var. Azarkeşlərdən də ilk dəqiqədən etibarən bizə dəstək olmaqlarını istəyirəm”.

0