[b]Qonaqların günü[/b]
20.07.2017 - 13:01
[b]Qonaqların günü[/b]

Bu gün Azərbaycanın üç klubu Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, indiyədək 3 dəfə komandalarımız avrokubok matçını iyulun 20-də keçirib.

 

Bu qarşılaşmalarda təmsilçilərimiz 2 qələbə qazanıb və 1 dəfə məğlub olub. Futbolçularımız 3 qola sevinibsə, 4-nü buraxıb.

 

Amma görüşlər meydan sahibləri üçün uğursuz alınıb. Qonaqlar 3 oyunda yalnız 2 qələbə və 1 heç-heçəyə nail olub. Meydan sahibləri isə qalib gəlməyib.

 

2005-ci ildə “Neftçi” İslandiyada “Hafnarfyordur”u 2:1 məğlub edib. Ötən il “Qarabağ” və “Kəpəz” meydana çıxıb. Sonuncular evdə Avstriya “Admira”sına uduzub – 0:2. Ağdamlılar isə Lüksemburqda “Düdelanj”la bərabərliklə ayrılıb – 1:1.

 

Qeyd edək ki, bu gün “Zirə” öz meydanında Rumıniya “Astra”sı ilə görüşəcək. “İnter” Lüksemburqda “Fola”nın, “Qəbələ” isə Polşada “Yagelloniya”nın qonağı olacaq.

0