[b]“Qolsuz heç-heçə yaxşı nəticədi” – Antoni Le Tallek[/b]
21.07.2017 - 01:49
[b]“Qolsuz heç-heçə yaxşı nəticədi” – Antoni Le Tallek[/b]

İki oyunun yekununda “Zirə”ni mübarizədən kənarlaşdıran “Astra”nın hücumçusu Antoni Le Tallek matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- “Zirə”nin bu cür oynayacağını gözləyirdinizmi?

- Əlbəttə, asan oyun olmadı. Maraqlı qarşılaşma alındı. “Zirə” evdə daha yaxşı çıxış etdi. Biz bunu bilirdik və əks-hücumlarda rəqibimizi yaxalamağa çalışdıq. Məncə, qolsuz heç-heçə yaxşı nəticədi.

 

- İlk dəqiqlərdən oyunun tempini aşağı salmağa, vaxtı “öldürməyə” çalışırdınız. Bu nə dərəcədə peşəkarlığa sığır?

- Sizin oyunçular da fair-pley qaydalarını pozdular. Qapıçımız zədələndiyinə görə topu auta çıxardıq. Amma sizin oyunçular topu oyuna daxil etdikdən sonra onu bizə qaytarmadılar, hücuma keçdilər. Nəticədə bizim futbolçular da tez-tez yerə yıxılmaqla bu cür addım atdılar. Əsas odur ki, mərhələ adladıq və hər şey bizim üçün yaxşıdı.

 

- Bəs “Zirə” sizdə necə təəssürat yaratdı?

-Yaxşı heyətləri, futbolçuları var. Onların yeganə çatışmazlığı təcrübəsizliklə bağlıdı. İlk dəfə avrokuboklarda iştirak edirlər.

 

- Yəni “Zirə” təcrübəsizliyin “qurbanı” oldu?

- Yeni klubdu, heyətlərini yenidən formalaşdırblar. Stadionunun da fantastik idi. Xüsusilə də ot örtüyü əla idi.  Gələcəkdə daha yaxşı olacağına ümid edirəm.

0