[b]“Səhvlərimiz görünməli idi” - VİDEO[/b]
21.07.2017 - 16:36
[b]“Səhvlərimiz görünməli idi” - VİDEO[/b]

“Hazırlığın ilk mərhələsində fiziki çalışmalar üzərində çalışdıq. Məşqçilərin tapşırıqlarını maksimum dərəcədə yerinə yetirdik”. Apasport.az saytı xəbər verir ki, bunu “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib.

 

Türkiyədə təlim-məşq toplanışında olan “gənclik şəhəri” təmsilçisi artıq iki yoxlama görüşü keçirib. Hazırlığı dəyərləndirən Məlikov səhvləri yavaş-yavaş aradan qaldırdıqlarını söyləyib: “İkinci mərhələdə taktiki-texniki məşqlərə üstünlük verilir. Boluda artıq iki yoxlama görüşü keçirdik. İlk matçın önəmi ondan ibarət idi ki, səhvlərimiz görünməli idi. Baş məşqçimizin tapşırığı ilə onların üzərində işlədik. İkinci matçda da müəyyən səhvlərə yol verdik. Çempionata qədər bu problemləri həll etməyə, daha komplekt şəkildə çıxış etməyə çalışacağıq”.

 

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev isə yeni transferlərin fəallığını vurğulayıb: “Türkiyə toplanışı zamanı yoxlama matçları ilə hazırlığımızı yüksəltmək istəyirik. Burda keçirdiyimiz ilk iki qarşılaşmada səhvlərimiz oldu və çalışırıq onları aradan qaldıraq. Yeni transferlərimiz özlərini yaxşı tərəfdən göstərmək və kollektivə uyğunlaşmaq üçün əllərindən gələni edirlər. Düşünürəm ki, bu komanda çempionatda ən yaxşı nəticələrdən birini əldə edəcək”.

 

0