[b]“O, qalacaq!” - FOTO[/b]
24.07.2017 - 01:39
[b]“O, qalacaq!” - FOTO[/b]

Neymarın “Barselona”dan PSJ-yə keçib-keçməyəcəyi son günlərin ən çox maraqla gözlənilən mövzularından biridir. Apasport.az saytının məlumatına görə, son gələn xəbərlərdə braziliyalının klubunda qalacağı bildirilib.

 

Bu barədə kataloniyalıların müdafiəçisi Cerard Pike də tivtterdə paylaşım edib. İspaniya millisinin müdafiəçisi Neymarla birlikdə şəklini paylaşaraq “O, qalacaq!” yazıb.

 

Foto sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.

 

Qeyd edək ki, PSJ Neymarın müqaviləsində yer alan 222 milyonluq sərbəst qalmaq haqqını ödəyib onu transfer etmək istəyir.

0