[b]Səlahət Ağayev "Neftçi"yə qoşuldu[/b]
24.07.2017 - 18:33
[b]Səlahət Ağayev "Neftçi"yə qoşuldu[/b]

Yeni mövsümə hazırlaşan "Neftçi” Avstriyaya yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu təlim-məşq toplanışının növbəti mərhələsini keçirəcəyi məkana çatıb.

 

Zalfelden şəhərindəki "Ritzenhof” otelində yerləşən komanda bu axşam ilk məşqinə çıxacaq. "Neftçi”nin düşərgəsində 21 futbolçu yer alıb.

 

Komandanın yeni transferi, Avropa Liqasında “İnter”ə kömək edən Səlahət Ağayev də toplanışa yollanan heyətdədi.

0