[b]“Qarabağ” 50-ci ev qolu arzusunda[/b]
25.07.2017 - 13:07
[b]“Qarabağ” 50-ci ev qolu arzusunda[/b]

Ağdamın “Qarabağ” klubu evrokuboklarda 50-ci ev qolunu vura bilər. Apasport.az saytının məlumatına görə. əyalət klubu bu gün Moldovanın “Şerif” klubuna 2 qol vursa, “100”ü yarılayacaq.

 

İndiyədək təmsilçimiz 48 dəfə qonaqların qapısına yol tapıb. Bu səbəbdən də Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundakı 2-ci top yubiley xarakteri daşıyacaq.

 

“Qarabağ” indiyədək öz meydanında 40 avrokubok görüşü keçirib. Hər matçda orta hesabla 1,20 top vuran komanda Azərbaycan klubları arasında ən yüksək məhsuldarlığa malikdi.

 

Qeyd edək ki, “Qarabağ” ev oyunlarında 34 qol buraxıb.

0