SİZİN REKLAM BURADA

Bakıda zədələndi, heyətdən kənarda qaldı

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ada təmsilçisi Qaret Makolinin xidmətindən məhrumdu.

 

Bakıda Azərbaycan millisi ilə keçirilən qarşılaşmada zədələnən irlandiyalı növbəti seçmə oyunları da buraxmalı olacaq. Buna səbəb Makolinin hələ də zədəsini tam sağaltmamasıdı.

 

Qaret bu səbəbdən San-Marino və Çexiya ilə sentyabr görüşlərindən kənarda qalacaq. Bunu müdafiəçinin çıxış etdiyi “Vest Bromviç” klubunun baş məşqçisi Toni Pulis açıqlayıb. O bildirib ki, Qaret İngiltərə Premyer Liqasının “Bornmut”la görüşünü, həmçinin yığmadakı qarşılaşmaları buraxmaq məcburriyətindədi.

 

Qeyd edək ki, iyunun 10-da Bakıda keçirilən görüşün 25-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənən Makolinin komandası 1:0 hesablı qələbə qazanmışdı.

 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10